Ekskursiyalardakı təqdimat çoxmərhələli bir prosesdir. Bəzi hallarda təqdimat obyektin nümayişi kimi başa düşülsə də bir çox xüsusiyyətlərinə görə onları eyniləşdirmək çətindir. Belə ki, nümayiş dedikdə, müəyyən qrup insanların diqqətinə çatdırılmaq üçün predmet və ya hadisənin kütləvi göstərişi başa düşülür. Ekskursiya təqdimatı isə ixtisaslı mütəxəssisin (bələdçinin) rəhbərliyi ilə konkret bir obyektin ekskursantlara məqsədli şəkildə tanış edilməsi başa düşülür. Başqa sözlə təqdimat dedikdə nümayişdən fərqli olaraq hadisənin və ya obyektin xüsusiyyətini, qabiliyyətini və keyfiyyətini açıb göstərmək, nümayiş zamanı ilk baxışda görünməyən tərəflərini ekskursantlara izah etməkdir.
Təqdimat predmetlə tanış olan ekskursantlara onun mahiyyətinin izah olunması, onun daha yaxşı başa düşülməsi prosesidir. Bu, başqa sözlə, ilk baxışda nəzərə çarpmayan, amma dərin məna və əhəmiyyət daşıyan xüsusiyyətlərin üzə çıxarılması, onların əyani olaraq dərk olunması deməkdir. Əyaniliyin effektli təsiri isə təqdimatın təşkili səviyyəsindən, ekskursantların onu düzgün qavramasından asılıdır. Məhz təqdimat zamanı insan lazımı qaydada baxmağı, müşahidə etməyi, öyrənməyi mənimsəyir. Bu da öz növbəsində təqdimatın əsas vəzifəsidir. Ekskursiyası təşkilatçıları bu mənada mövzunun seçilməsi zamanı təqdimatın məqsədinə uyğun qərar qəbul etməlidirlər.
Təqdimat ekskursantların predmeti seyretmə və baxışından ibarətdir. Əgər bu proeseslər zamanı heç kim onu nümayiş etdirmir və ya bunun üçün rəhbərlik etmirsə o zaman burada iştirak edən kütlə tərəfindən passiv qavrama baş verəcəkdir. Baxış və təqdimatın fərqi isə bundan ibarətdir ki, baxış zamanı insan təkcə predmetin, məsələn: abidənin xarici görünüşünü izləyəcəkdir. Ancaq, təqdimat baş verdikdə, o həm də seyr etdiyi predmetin müxtəlif cəhətlərinə görə mahiyyətini başa düşməyə, onu təhlil etməyə nail olur.
Əgər nümayiş zamanı ekskursant ötəri informasiya alırsa, təqdimat zamanı ekskursanta verilən informasiya sayəsində o kamilləşir. Ekskursiyalar zamanı təqdimat üç elementdən ibarət olur: - ekskursantın görməli yer üzrə müstəqil müşahidələri;
- ekskursantlar üçün nəzərdə tutulan bələdçinin hazırladığı materiallar üzrə təqdimat;