3.3
.1 MÜVAFİQ MƏLUMAT MƏNBƏLƏRİNDƏN İSTİFADƏ EDİR
MƏLUMAT MƏNBƏLƏRİNDƏN İSTİFADƏ
Bələdçi qonaqlar qrupunun gedəcəkləri yerlər barədə məlumatlandıran şəxsdir. Bu baxımdan bələdçi turun
təşkil olunduğu məkan barədə geniş informasiyaya malik olmalıdır. Bələdçi bununla bağlı informasiya toplama
və təqdimat etmə xüsusiyyətlərini özündə cəmləşdirməlidir. Bələdçi tur təşkili zamanı hər bir xırda
məqamlara fikir verməlidir. Yol boyu ekskursantları maraqlandıran sualları cavalandırmaq üçün, tur təşkil
olunan məkana qədər yol xəritəsini bilməli həmçini tur marşurutunun keçdiyi bölgələr haqqında informasiyaya
sahib olmalıdır. Bələdçi ekskursantların qida fasiləsi zamanı olduqları məkanın mətbəxi barədə
informasiyayaları bilməlidir. Bu xüsusiyyətlər bələdçinin yüksək bacarıqlara, elmilik göstəricilərinə qadir
olmasını göstərir. Bələdçi daima yeni informasiyalara açıq olmalıdır, daimə araşdırmalıdır. Bunu üçün
bələdçi İKT biliklərinə sahib olmalıdır. İKT bilikləri bələdçiyə lazım olduğu zaman anında informasiya əldə
etməsinə kömək edən bir bacarıqdır.
3.4
.1 EFFEKTİV EKSKURSİYA CƏDVƏLİNİ HAZIRLAYIR
EFFEKTİV EKSKURSİYA CƏDVƏLİ
Effektiv ekskursiya cədvəli turun təşkilinin daha yüksək səviyyədə olmasını təmin edir. Effektiv ekskursiya
cədvəlində əsas nəzərdə tutulan tələblər.
Ümumi müddəalar - nümunələrlə
1.1
Marşurutun adı və növü: - “İsmayıllını bizimlətanıyın”
1.2
Kim üçün nəzərdə tutulub: - “Tarix və mədəniyyət abidələri ilə maraqlananlar, təbiətə, nadir heyvan və
quşlarla, xalça fabrikində xalçanın hazırlanması, İsmobike velosiped zavodunda velosipedin hazırlanmasını,
həmçinin üzümdən şərabın hazırlanması prosesinin Şotomonalit çaxır zavodunda görmək istəyənlər üçün nəzərdə
tutulub.
1.3
Qrupun optimal sayı ( nəfər): - minumum 4 nəfər, maksimum 26 nəfər
1.4
Marşurutun müddəti (günlə): - 3 gün
1.5
Marşurutun məsafəsi (km): - Bakı - İsmayıllı 170 km
1.6
Marşurutun çətinlik dərəcəsi: - 1- 4
1.7
Marşurutun mövsümü: - (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr)
1.8
İstifadə olunacaq nəqliyyat növü: - Avtobus, avtomobil
1.9
Marşurut üzrə hərəkət üsulu: - maşın, piyada, atla, velosiped