3.5. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
• Qonaq qəbulu müəssiələrinin xidmət sahələrini araşdırın vəqeydlər aparın.
• Qonaqlar qrupunun tələblərinin araşdırın və ona uyğun tur proqramı hazırlayın.
• Yerli turizm müəssisələrinin xidmət sahələrini araşdırn və qeydlər aparın.
• Yerli tarix diyarşünaslıq muzeylərinə tur təşkil edərək orda olan tarixi eksponatlar haqqında
təqdimat edin.
• Görməli yerlər haqqında informasiya
toplayb təqdimat edin (şəkillərdən istifadə
edərək).
• Azərbaycanda yerləşən xalça muzeyi
haqqında informasiya toplayın (internetdən
və yaxud digər mənbələrdən) və verilmiş vaxt
çərçivəsində təqdimat edin.
• Azərbaycan Bayraq muzeyi haqqında
informasiya toplayın və verilmiş vaxt
çərçivəsində təqdimat edin.
• Azərbaycanda yerləşən miniatür kitab muzeyi haqqında informasiya toplayın və təqdimat
edin.
• Seçilmiş hər hansısa bir tur proqramına əsasən turun təşkil olunduğu məkan barədə
məlumat mənbələrindən (internet resusları və s.) informasiya toplayın və müzakirə edin
• Qruplara bölünərəkşimal istiqamətində 3 gün üçün ekskursiya cədvəlini hazırlayın,
həmçinin ekskursiya məkanına uyğun olaraq bələdçinin fərdi mətnini tərtib edin.Sonda digər
qrupla işlərinizin diskusiyasın aparın.
• Siz Turizm agentliyində bələdçi olaraq çalışırsız. Sizə Azərbaycanın gözəl məkanlarından
biri olan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə ilk dəfə tur təşkil etməyi tapşırırlar. Düşününki
Lahıc qəsəbəsinə ilk dəfə turu siz təşkil edirsiz.