4.2.1 EKSKURSİYADAN ÖNCƏ TƏHLÜKƏSİZLİK HAQQINDA TƏLİMATLARI ƏVƏLCƏDƏN
MƏLUMATLANDIRIR
EKSKURSİYADAN ÖNCƏ TƏHLÜKƏSİZLİK HAQQINDA TƏLİMAT
Ekskursiya rəhbəri tur təşkilini edən zaman bir məsələni daima diqqətdə saxlamalıdır. Hər bir
ekskursiyaçının həyat sağlamlığına ekskursiya rəhbəri cavabdehdir. Buna görədə ekskursiya
rəhbəri təhlükəsizlik barədə müvafiq təlimatları ekskursiyaçılara ekskursiyadan öncə çatdırmalıdır.
Ekskursiya təşkil edən müəsissələrin fəaliyyətinin mühim asbektlərindən biri də səyahət zamanı
turistlərin təlükəsizliyinin təmin olunmasıdır. Riskin mənbəyi müxtəlif ola bilər. Məs: zədələnmə
təhlükəsi, qidazəhərlənməsi, ətrafmühitintəsiri, yanğıntəhlükəsi, biolojivə pisxolojitəsirlər,
gərginlik və s. Bunlardan əlavə turizmdə informasiya təminatından xidmət personalının və
bələdçinin peşə hazırlığından asılı olan digər spesifik risk amilləridə vardır. Təhlükəsizliyin təşkili
- turislər və ekskursavodlar üçün mühim olan bir sıra aspektlərin daxil olduğu kompleks anlayışdır.
4.3.1 QONAĞIN AYDINLAŞDIRMA İLƏ BAĞLI MÜRACİƏTİNİ NƏZAKƏTLƏ CAVABL
EKSKURSIYAÇILARIN SUALLARINA CAVAB VERİLMƏSİ
Ekskursiya təcrübəsində müəyyən sualar təsnifatı formalaşır. Onlar 4 qrupa bölünür.
1. Ekskursiya bələdçisinin suallarına ekskursiyaçılar cavab verir.
2. İzah etmə zamanı əmələ gələn suallara bələdçi özü cavabverir.
3. Ekskursiyaçıların diqqətini artırmaq və onları fəallaşdırmaq məqsədi ilə verilən ritorik
suallar.
4. Ekskursiya iştirakçıları tərəfindən mövzu üzrə verilən suallar.