İlk 3 suallar qrupu ekskursiya keçirilməsi metodikası ilə əlaqəlidir. Yalnız 4 - ci suallar qrupu eksursiya
aparılması texnikasına aiddir. Sualların məzmunu müxtəlifola bilər. Ekskursiya obyektləri ilə məşhur
xadimlərin həyatı ilə bağlı suallar çox zaman isə ekskursiyanın mövzusuna aid olmayan suallar verilir.
Ekskursiyanın izahını dəyandırıb bu cür suallara təcili cavab vermək lazım deyil. Bu auditoriyanın diqqətini
ekskursiya mövzusunun mahiyyətinin dərk edilməsindən yayındırır. Bundan başqa belə suallar qrupun
əksəriyyətinin maraq dairəsindən kənarda ola bilər. Ona görədə bələdçi həmin suallara ekskursiya
qurtardıqdan sonra cavab verə bilər. Suallara bu qaydada cavab veriləcəyini bələdçi ekskursiyanın giriş
hissəsində elan edə bilər.
4.4.1 BÜTÜN EKSKURSIYA BOYU QRUPUN BİRLİKDƏ OLMASINI TƏMİN EDİR
EKSKURSİYA BƏLƏDÇİSİNİN EKSKURSİYAÇILARLA TANIŞ OLMASI
Ekskursiya bələdçisi nəqliyyat vasitəsinə (avtobus, minik maşını) daxil olarkən ekskursiyaçılarla tanış
olur. O, ekskursiya iştirakçılarını təmsil etdiyi ekskursiya müəssisəsi adından salamlayır, özünü və
sürücünü təqdim edir, yəni ekskursiyanı girişdən başlayır.
Ekskursiya işinin düzgün təşkili üçün, öncədən hazırlıq işləri görülməlidir. Ekskursiya təşkilatçıları və ya
turagentlər bu işləri təşkil edirlər.
Hər mövzunun giriş hissəsi olur. Qrupun tərkibi müxtəlif olduqda (məsələn, yerli əhali və gəlmə turistlər,
yaşlılar və uşaqlar), eyni ekskursiyanm müxtəlif giriş hissəsi olacaqdır. Ekskursiya bələdçisi
ekskursiyaçılara konkret istiqamət verən, onlarla əlaqə yaratmağa imkan verən giriş hissəsinin hazırlığına
və icrasına xüsusi diqqət yetirir.
Ekskursiyaçıların yerdəyişməsi
Ekskursiyaçıların avtobusdan çıxması:
Avtobusdan çıxış üçün ekskursiyaçıları əvvəlcədən hazırlamaq lazımdır. Belə olmadıqda, qrupun bir hissəsi
avtobusda qalmağı üstün tutur və abidə ilə tanışlıq imkanını itirir. Avtobusdan çıxmaq şərti ilə,
dayanacaqların sayı haqqında məlumatın ekskursiyanın giriş hissəsində elan olunması məsləhətdir.
Dayanacaqların əhəmiyyətini ekskursiyaçılara izah etməklə onları obyektin qeyri - adi, ekzotik olması ilə
maraqlandırmaq lazımdır. Nəzərdə tutulan dayanacaqlarda avtobusdan ilk öncə ekskursiya bələdçisi düşür və
bununla qrupa nümunə göstərərək, obyektə hərəkət istiqamətini təyin edir.