diqqətli olmalıdırlar. Lakin turistlərin əşyalarının yox olması ilə bağlı hər hansı bir xoşagəlməz
hadisə baş verərsə, bu zaman dərhal turist qəbul edən şirkətin rəhbərliyinə və lazım gəldikdə polisə
məlumat verilməlidir. Bütün bunlar baş verməsin deyə, turistlərin mehmanxana nömrəsində deyil,
seyfdə pul saxlaması, fotoaparat və video- kameraları özləri ilə gəzdirməsi, ekskursiya zamanı özləri
ilə lazım olandan artıq pul götürməmələri və s. barədə tövsiyələr verilməlidir.
4.6. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|
Ekstrimal tur
• Seçilmiş ekskursiya proqramına uyğun olaraq
hesabat cədvəlini hazırlayın və müzakirə edin.
• Ekskursiya proqramında qeyd olunmuş
ekskursiya məkanına qədər tur marşurutunun
keçdiyi bölgələrin tarixi
• abidələrinin və turizm obyektlərinin siyahısını
tərtibedin və müzakirəsin aparın.
• Ekskursiya proqramında qeyd olunmuş
ekskursiya məkanına uyğun olaraq bələdçin
portfelini əyani vəsaitlərlə hazırlayın.
• Siz hər hansısa bir turizm agentliyinin əməkdaşısız. Müdiriniz sizə tapşırıb ki, Azərbaycana
səyahət etməklə bağlı heç bir təcrübəsi olmayan xaricdən gələn qonaqlara Azərbaycanın səyahət
etmək üçün cəlbedici bir yer olduğunu göstərən xüsusiyyətləri qeyd etməklə inandırın.
• Ekskursiya proqramında qeyd olunmuş ekskursiya məkanına uyğun olaraq qarşılaşa
bilinəcək təhlükə mənbələrini araşdırın.
• Ekskursiya proqramında qeyd olunmuş ekskursiya məkanına uyğun olaraq qarşılaşa
bilinəcək təhlükə mənbələrini araşdırın.
• Siz turizm agentliyində bələdçi kimi işləyirsiz. Sizdən
tələb olunur ki, xaricdən gələn qonaqların təhlükəsizliyini və
müdafiəsini təmin etmək üçün görüləcək işləri planlaşdırasız.
Tapşırıq
• Azərbaycanda olan ekstirimal turizm məkanlarını
siyahılaşdırın.
• Ekstirimal məkanların təhlükəsizliyinin təmin
olunduğunu göstərən əsas məqamları sadalayın.