4.7. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Yoladüşməzdən əvvəl ekskursiyanın maddi - texniki tərəflərini həll edir.”
•
Tur təşkil edilmədən öncə hesabat cədvəlinin tərtib olunması nə üçün lazımdır?
•
Hesabat cədvəlinin hazırlanması zamanı nələrə diqqət yetirmək lazımdır?
•
Ekskursiyanın hazırlanma mərhələləri hansılardır?
•
Bələdçinin portfelinə nələr daxil edilir?
•
Ekskursiyanın keçirilməsi zamanı hansı tələblər nəzərdə tutulur?
“Ekskursiyadan öncə təhlükəsizlik haqqında təlimatları əvəlcədən məlumatlandırır.”
•
Ekskursiyadan öncə təhlükəsizlik barədə təlimatı kim aparmalıdı?
•
Ekskursiyadan öncə hansı təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır.
•
Ekskursiya zamanı risk mənbələri hansılardı?
“Qonağın aydınlaşdırma ilə bağlı müraciətini nəzakətlə cavablandırır.”
•
Ekskursiya təcrübəsində sualar təsnifatı neçə qrupa bölünür?
•
Turun mövzusundan kənar sual verilərsə bələdçi həmin suala nə zaman və necə cavab verməlidir?
“Bütün ekskursiya boyu qrupun birlikdə olmasını təmin edir.”
•
Bələdçi ekskursiyaçılarla ilk tanışlıq zamanı hansı məlumatları ekskursiyaçıların diqqətinə çatdırmalıdı?
•
Ekskursiyaçıların yerdəyişməsi prosesinə nələr aiddir?
•
Ekskursiyaçılar avtobusa qayıtdıqdan sonra bələdçinin ilk gördüyü iş hansıdır?
“Qrupun təhlükəsizliyi və müdafiəsini effektiv təmin edir.”
•
Ekskursantların təhlükəsizliyinin təmin edilməsi nə üçün zəruridir?
•
Səyahətlərin təhlükəsizliyi turizmin tənzimlənməsi üzrə hansı beynəlxalq sənədlərdə öz əksini tapıb?
•
Ekskursiya zamanı təhlükəsizliyin təmin olunması üçün bələdçinin vəzifələri nədir?
•
Ekskursiya zamanı turistlərin şəxsi təhlükəsizliyi necə təmin olunur?
•
Ekskursiya zamanı təhlükəsizliyin təmin olunması üçün nə kimi tədbirlər görülməlidir?