5.1.1 TURİZM FİRMALARI VƏ AGENTLİKLƏRİ İLƏ ƏLAQƏLƏRİ DÜZGÜN MÜƏYYƏN EDİR
TURİZM SƏNAYESİNDƏ MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR
Turistlərə xidmət göstərən kommersiya və qeyri-kommersiya təşkilatlarını əsas fəaliyyət növünə
görə bir neçə qrupa ayırmaq olar: turagentlər, turoperatorlar, turizm sənayesi firmaları və turist
birlikləri.
Turagentlər digər müəssisələrin- turoperatorların, nəqliyyat, qidalanma müəssisələrinin,
yerləşdirmə vasitələrinin və s. xidmətlərini təklif edən vasitəçi turist təşkilatlarıdır. Bir qayda olaraq,
onlar bilavasitə müştəriyə xidmət göstərən kommersiya təşkilatlarıdır.
Turagentlər, istehlakçı üçün sərfəli, rahat formada, müştərinin arzusu ilə turist xidmətlərini
komplektləşdirir, hərəkət marşurutunu razılaşdırır, nəqliyyat və yerləşdirmə vasitələrində yerlərin,
ekskursiya bələdçiləri, gid və tərcüməçilərin ayrılması üzrə, əlaqədar təşkilatlarla müvafiq iş aparır.
Turagent firmalar bir qayda olaraq, digər firmaların(qeyri turist təşkilatı da ola bilər) şöbələri
və ya törəmə müəssisələri ola bilər. Turoperatorlardan savayı, ticarət və nəqliyyat firmaları, iri
banklar, siğorta cəmiyyətləri,
turistlərin istifadəsi üçün
məhsul istehsalçıları da
turagent firmalar yaradırlar.
Müstəqil turagentlər
adətən turizm biznesi
sahəsində rəqabətin zəif
olduğu ölkələrdə fəaliyyət
göstərir. Bu halda turagentlər
maliyyə cəhətdən müstəqil
olurlar. Onlar öz kommersiya
fəaliyyətlərini normal sürətdə, çox saylı firmalar, mehmanxanalar, nəqliyyat müəssisələri,
topdansatış turist firmaları və s. ilə sıx əlaqədə həyata keçirirlər.
Turoperatorlar- xüsusi və ya icarəyə götürülmüş turist xidməti vasitəsinə malik olan öz müştərisinə
kompleks xidmət təklif edən turist təşkilatları, eyni zamanda turagentlərlə turizm sənayesi
müəssisələri arasında vasitəçilərdir. Bu təşkilatların böyük əksəriyyəti kommersiya müəssisələridir.
Turoperatorlar - nəqliyyat (su, quru, və hava), yerləşdirmə (mehmanxana, motel,
kempinqlər
və s.), servis (müvafiq avadanlığı olan idman meydançaları, sağlamlıq mərkəzləri, əyləncə