Turist birlikləri- turizm həvəskarlarının klubları, ittifaqları və digər könüllü birliklərdir. Turoperatorlardan və turagentlərdən fərqli olaraq, turist birliklərinin 14 fəaliyyətinin məqsədi, gəlir əldə etmək olmasada bu təşkilatlara və onların keçirdikləri tədbirlərə yardım etmək üçün vəsait tələb olunur. Turist birlikləri bir qayda olaraq, yığılan üzvlük haqları, ictimai və xüsusi fondlardan yardım, eyni zamanda kommersiya tədbirləri hesabına fəaliyyət göstərir.
Üzvlük haqları əsasən təşkilatın fəaliyyətinə yardım üçün yönəldilir. Müxtəlif fondlardan verilən yardımlardan təşkilatın saxlanılması, hər hansı bir tədbirin (yadetmə marşurutları, zəvvarlıq, hündür dağlara qalxma və s.) həyata keçirilməsi, regionda turizmin inkişafı, peşə təhsilini artırmış turizm təlimatçılarına, əməkdar turist işçilərinə təqaüdlər verilməsi məqsədi ilə istifadə edilir
Təşkilatın özünün təşkil etdiyi kommersiya tədbirləri, yuxarıda göstərilən proqramın hər hansı birini həyata keçirilməsi məqsədini daşıyır. Qeyri-kommersiya təşkilatları olan turist birliklərinin kommersiya tədbirlərini keçirməsinin səbəbi onunla izah olunur ki, belə tədbirlər zamanı əldə olunan gəlir, hər hansı bir layihənin reallaşdırılması üçün istifadə edilir və vəsait kənara çıxarılmır.
Turistlərə xidmət edən elə müəssisələr vardır ki, onların birbaşa turizmə aidiyyatı yoxdur, ancaq turizmlə müəyyən bağlılığı vardır. Məsələn, yerləşdirmə vasitələri, turist təlabatı malları istehsalçıları, nəqliyyat şirkətləri, ictimai-iaşə, ticarət müəssisələri, maliyyə-kredit idarələri, sığorta cəmiyyətləri buna aid ola bilər.
Başqa sahələrə aid olmalarına baxmayaraq, bu cür müəssisələrin turizm sənayesində rolu böyükdür. Son on illikdə turistlərə xidmət edən müəssisələrlə turist firmaları arasında olan hədd, tədricən silinir. Belə ki, müəssisələrin çoxu birləşərək, vahid birlik yaradırlar.
Turoperator tərəfindən turizm məhsulunun hazırlanması ilə iş bitmir. Bu məhsulun satışıda həyata keçirilməlidir. Turizm təşkilatlarının fəaliyyəti zamanı məhsuların satışı iki satış kanalı