Turizm məhsulunun satışını həyata keçirmək məqsədi ilə turoperatorlar və turagentliklər birgə fəaliyyət göstərməlidirlər. Müasir dövrdə turist agentlikləri ilə fəaliyyət istənilən turoperatorun mövcud və strateji fəaliyyinin əsas istiqamətlərindən biri hesab olunur. Turist agentliyi - elə bir hüquqi və ya fiziki müəssisədir ki, turoperatorun hazırladığı tur paketi istifadəçiyə çatdırır və onun reklamı ilə məşğul olur. Agentliklərə təlabat aşağıdakı səbəblərdən yarana bilər.
Turoperatorun hazırladığı turların regionlarda hərəkətinin mühümlüyü hər turoperatorun perspektivliyi regionda öz müəssisə və filialını açmaq üçün lazımı qədər imkanı yoxdur. Turların müştəriyə çatdırılması- hər bir müştərinin tur əldə etməsi üçün bir yerdən başqa yerə 10 və ya 100 km-lərlə yol getmək istəyi yoxdur. Ona görə də müştəri üçün turpaketi elə öz doğma şəhərində turoperatorlarla fəaliyyət göstərən turagentlərdən almaq daha səmərəlidir. Turizm məhsulun satışı həmçinin turizm məhsulu haqqında dəqiqi informasiya və onun çatdırılmasından olduqca asılıdr. Müştəri turagentin ofisinə müraciət etdikdə, turagent ona mövcud olan tur haqqında informasiya verməlidir.Bununla belə tur haqqında olan informasiya hərtərəfli olmalıdır və buna görə də turagentdən yüksək professionalıq və tur haqqında ətraflı məlumatlar tələb olunur. Turagentin tur yaratma funksiyası onun müxtəlif turoperatorlardan ayrı- ayrı xidmətləri əldə etməsi və onlardan turist paketi formalaşdırılmasını özündə birləşdirir. Turizm məhsulunun satışını həyata keçirmək