Adətən sərgilər dövlət turizm idarəetmə qurumu tərəfindən təşkil olunur. Məqsəd - ölkənin turizm potensialını göstərməklə, buraya xarici ölkələrin turizm təşkilatlarını cəlb etməkdir. Tur şirkətlər bir tədbir zamanı turizm aləmində baş verən yeniliklərlə tanış olurlar, yeni növ xidmətlər və xidmət üsulları barədə məlumatlar alırlar. Partnyor təşkilatlarla əməkdaşların müvəqqəti mübadiləsinin keçirilməsi üçün sərgidə turfirmanın təqdim edilməsi yolları aşağıdakılardan ibarətdir:
- sərgidə iştirak zamanı turfirmanın nailiyyətlərini əks etdirən stendin qoyulması;Turoperatorlarla bələdçilərin birgə əməkdaşlığı olaraq Turoperator infoturlara bələdçiləri dəvət edərək marşrutun imkanlarını onlara göstərir. İnfotur zamanı əsasən yerləşmə obyektləri bələdçilərə göstərilir. İştirakçılar birgün ərzində yaxın ərazidə 4-5 yerləşdirmə obyektiilə tanışolur.
Turoperator əməkdaşlıq etdiyi bələdçilər vaxtında və lazımi miqdarda tərtib etdiyi kataloqları göndərməlidir. Böyük həcmli turoperatorlar hər il özturları haqqında ətraflı kataloqlar hazırlayırlar. Orada turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvəli, topdan satış güzəştlər və başqa turların təşkili ilə əlaqədar məlumatlar çap olunur.
5.4. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
|
|