1.1.1. BƏLƏDÇİLİK PEŞƏSİNİN BU GÜNÜ VƏ KEÇMİŞİNİ UZLAŞDIRIR
TURİZMİN İNKİŞAFININ TARİXİ MƏRHƏLƏLƏRİ
Turizmin yaranması inkişaf tarixinin 5 mərhələyə bölmək olar.
I mərhələ - Qədim dünya səyahətləri: Qədim dövürlərdən V əsirə qədər olan dövrü əhatə edir.
II mərhələ - Orta əsr səyahətləri: V əsrdən XV əsrə qədər olan dövrü əhatə edir.
III mərhələ - Qızıl dövrün coğrafi ixtiraları: XVI - XVIII əsrləri əhatə edir.
IV mərhələ - Kütləvi turizmin yaranma tarixi: XIX - XX əsrin ortalarını əhatə edir.
V mərhələ - Beynəlxalq turizmin qloballaşması və beynəlmiləlləşməsi: XX əsrin ikinci yarısından
XXI əsrin əvəllərinə qədər ( Bu günə qədər olan dövrü) əhatə edir.
Azərbaycanda turizmin tarixinə qısa ekskursiya
Bu gün müasir insanı səyahətlərsiz, gəzintilərsiz təsəvvür etmək qeyri-mümkündür. Bütün tarixi
dövrlərdə insanlar müxtəlif məqsədlərdən irəli gələrək gəzmək, səyahət etmək fəaliyyəti ilə də
məşğul olmuşlar. Lakin, XX əsrin ikinci yarısından başlayaraq turizm dünyada əsaslı şəkildə sosialmədəni
sahəyə çevrildi. Turizm təkcə insanların səyahətlərinin təşkilinə, onların mənəvi həzzinə
xidmət etmir, eyni zamanda turizm insanların müxtəlif bilgilərlə maarifləndirmək, onların dünya
görüşlərini inkişaf etdirmək funksiyalarını yerinə yetirir. Tətbiqi kulturologiya elmi turizmə
kulturologiyanın böyük bir sahəsi və asudə vaxt şəraitində sosial mədəni fəaliyyətin bir növü kimi
yanaşır.
Azərbaycanın turizm profilli ölkəyə
çevrilməsi və dünya arenasında öz sözünü
deməsi üçün böyük potensialı vardır. Zəngin
təbii sərvətləri, qədim tarixi və memarlıq
abidələri, özünəməxsus mentaliteti, əlverişli
coğrafi mövqeyi, Xəzərin sahil zonaları
turizmin inkişafında xüsusi əhəmiyyət
kəsb edir. Odlar ölkəsində turizmin inkişaf
etdirilməsinin perspektivlərindən bəhs edərkən istər-istəməz onun bu istiqamətdə mövcud tarixi
təcrübəsinin nəzərdən keçirilməsinə də ehtiyac duyulur. Belə ki, tarixin müxtəlif çağlarında
Azərbaycanı seyr etmiş əcnəbi coğrafiyaşünaslar, səyyahlar bu ölkənin gəzməli, istirahət üçün
əliverişliliyini daim qabarıq şəkildə təsvir etmişlər. Antik çağların görkəmli zəka sahibləri Plini,