1
Əşyaların, ərzaqların kütləsi tərəzi ilə ölçülür. Gündəlik həyatda kütlə
vahidi olaraq kiloqramdan daha çox istifadə edilir. Kiloqram sözü qısaca
“kq” yazılır. Əşyaların kütləsini çəki daşlarının köməyi ilə də ölçmək olur.
Çəki daşlarının çəkiləri müxtəlif olur.
Məsələn: 1 kq, 2 kq və s.
Tərəzilərdən nə üçün istifadə edilir?