Santimetr uzunluq vahididir və qısa olaraq “sm” kimi yazılır. Xətkeşdən
istifadə etməklə əşyaların uzunluğunu santimetrlə ölçmək olar.
Məsələn: 1 sm, 2 sm və s.
Yadda saxlayın:
Santimetr – uzunluq vahididir.
2
Xətkeşin köməyi ilə mismarın uzunluğunu ölçün.
1) Mismarın bir ucunu xətkeşin üzərindəki 0 (sıfır) rəqəminin üzərinə qoyun. 2) Mismarın o biri ucunun bərabərində olan ədədi tapın. Bu ədəd mismarın
uzunluğunu ifadə edir.