ANANIN MƏSLƏHƏTİ
dəvət etmək • dərnək
bölüşmək • təqdim etmək
bacarıq • nümayiş etdirmək
istedadlı • təşkil etmək
Kərim telefonla danışırdı:
- Hə, nə olsun ki?! Axı bu kimə maraqlıdır?..
Bilmirəm...
Anası gülləri sulayır, arabir oğluna baxırdı. Kərim nədənsə narazı idi. O,
telefonun dəstəyini yerə qoyub dedi:
- Eh, həmişə lovğalanır.
Anası soruşdu:
- Oğlum, kimlə danışırdın? Kimdir
lovğalanan?
- Kəmalədir, sinif yoldaşım. Həftəsonu
Solmazın ad günüdür. Bütün sinif uşaq-
larını
dəvət edib. Kəmalə də deyir ki, ad
günü üçün rəqs hazırlayıb. Axı Kəmalə
rəqs dərnəyinə gedir. Bilmirəm, bu kimə
maraqlıdır? Rəqs edə bilirsən, lap yaxşı.
Daha bunu hamıya göstərib lovğalanmaq
nəyə lazımdır?
Anası Kərimə dedi:
- Məgər bacarıqlarını yoldaşlarına
nümayiş etdirmək lovğalıqdır? Buna
bölüşmək, özünü təqdim etmək desək,
lap yaxşı olar. Hər kəsin yaxşı bacardığı bir
iş var. Məsələn, sən də futbol topu ilə
maraqlı hərəkətlər göstərirsən. Düşünü-
rəm
ki, Solmaz üçün də xoş olar.
Kərim anasını dinləyir, nə haqdasa düşünürdü.
Bazar günü Kərim aldığı hədiyyəni götürüb ad gününə getdi. Axşam evə çox
şən qayıtdı: