1 1
Mətni oxuyun. Tapşırıqları yerinə yetirin.
AZƏRBAYCAN
tarix • abidə • qədim
hava • məğrur • sərvət
I. Mən azərbaycanlıyam. Vətənim
Azərbaycandır. Ölkəm xəritədə qanadlarını açmış
qartala bənzəyir. Bu, yəqin ki, təsadüfi deyil.
Azərbaycan xalqı da qartal kimi məğrurdur.
II. Azərbaycan tarixi abidələri ilə məşhur-
dur.
Bu qədim abidələr qorunur ki, gələcək
nəsillər də tariximizi bilsinlər.
III. Azərbaycanın musiqisi də zəngindir.
Bizim xalq mahnılarımız, oyun havalarımız,
rəqslərimiz bütün xalqların diqqətini cəlb
edir. Azərbaycan muğamı dünyada
məşhurdur.
IV. Azərbaycanın milli geyimləri gözəlliyi ilə
seçilir. Müxtəlif bayramlarda qızlarımız və
oğlanlarımızın milli geyimdə rəqs etmələri
hamının diqqətini çəkir.