1 1
Mətni oxuyun və sualları cavablandırın.
ŞUŞA BİZİMDİR
• ilxı • kövrəlmək • kəhər •
şanlı
ordu • xal • qürur • diz çökmək
göz yaşı • cins • kimsəsiz • palıd
I. Şuşada qonşumuzun böyük ilxısı var idi. Hamısı cins Qarabağ atları idi: qızılı-
kəhər
rəngdə, alın və ayaqlarında isə böyük ağ xallar var idi. Dayçalardan birini
həmişə yemləyir, çəmənlikdə olanda yanında gəzirdim.
Müharibə başlayandan kişilərin hamısı döyüşə getmişdi. O vaxt mən 12-13
yaşlarında idim. Müharibədən hər gün ağır xəbərlər gəlirdi.
II. Bir gecə dəhşətli partlayış səsinə oyandıq. Ermənistan ordusu Şuşaya
hücum etmişdi. Şəhər alov içində idi. Adamlar qışqırışır, ora-bura qaçırdılar. Səs-
dən
qulaq tutulurdu. Həmin günü heç vaxt unutmaram. Qarışıqlıqda anamı, ba-
cımı axtarırdım. Heç birini tapa bilmədim.
Birdən gözüm dayçaya sataşdı. O, yerə
yıxılmış atın başının üstündə dayanıb
ayaqlarını yerə döyürdü...
Mən meşəyə doğru qaçan insanlara
qoşuldum. Bir xeyli qaçandan sonra palıd
ağacının altında dayandım. Artıq taqətim
qalmamışdı...
III. İki gün ac-susuz yol gedəndən sonra
bir kəndə çatdıq. Camaatın bir hissəsi bu
2-ci bölmə. Ana vətən