1 1
Mətni oxuyun və tapşırıqları yerinə yetirin.
Qarabağ müharibəsi başlamışdı. Ceyhunun atası bir gün səhər tezdən ailəsi ilə
görüşdü, hələ şirin yuxuda olan beş yaşlı oğlunu öpdü və cəbhəyə yollandı.
Ceyhun yuxudan oyananda atasının getdiyini bilib məyus oldu. Axı o da
cəbhəyə getmək, k...mandir olmaq istəyirdi. Anası, bacısı və qardaşı nə qədər
çalışsalar da, uşa... sakitləşmirdi. Axırda nənəsi dedi:
- Yaxşı, get. Amma sən hələ çox balacasan, bu ölçüdə əsgər paltarı olmur.
Özünü əsgər kimi aparma...ı da öyrənməlisən. Gərə... səni cəbhəyə əməlli-başlı
hazırlayaq.
Bütün ailə işə başladı. Anası Ceyhuna əsgər paltarı tikir, nənəsi isti cora...,
əlcə... toxuyur, bacısı əsgər marşı öyrədirdi.
Günlər keçdi. Müharibə xalqımızın qələbəsi ilə bitdi. Ceyhunun atası
müharibədən qəhrəman kimi qayıtdı. Ceyhun onu hərbi paltarda qarşıladı, şax
dayanaraq əsgər salamı verdi. Ata gülümsəyərək dedi:
- Afərin, oğlum. Vətəni qoruma...a həmişə hazır ol!
2
Nöqtələrin yerinə uyğun gələn hərfləri müəyyənləşdirin.
3
Uyğunluğu müəyyən edin.
1 Ana
2 Nənə
3 Bacı
A əsgər marşı öyrətdi.
B əsgər paltarı tikdi.
C isti corab və əlcək toxudu.
4
Hansı cümlə mətnin məzmununa uyğun deyil?
A Ceyhun atasını cəbhəyə yola salmaq üçün tezdən oyandı.
B Müharibə bitdikdən sonra Ceyhunun atası evə qayıtdı.
C Bütün ailə Ceyhunu sakitləşdirməyə çalışırdı.
5
Mətnə uyğun açar sözü müəyyənləşdirin.
A balaca əsgər B dəhşətli müharibə C böyük qələbə