1 1
Mətni oxuyun, obrazların xarakterinə diqqət edin.
ÜÇ OĞLAN
• dürüstlük
• gizlənpaç
• danlamaq
• gecikmək
• sağ-salamat
• astlaşmaq
• məsuliyyət
Cəlal, Əli və Ömər meşəyə getmişdilər. Onlar göbələk
topladılar, gizlənpaç oynadılar. Bir də baxdılar ki, axşamdır.
Narahat oldular. Valideynlərinə nə deyəcəkdilər? Bu qədər
gecikdikləri üçün valideynləri onları danlayacaqdı.
Əli dedi:
- Mən deyəcəyəm ki, guya canavar bizə hücum etmişdi. Valideynlərim sevi-
nər
ki, sağ-salamatam. Yəqin, bir söz
deməzlər.
Cəlal da bir az düşünüb dedi:
- Mən isə deyərəm ki, babamla
rastlaşmışdım. Ona görə də gecik-
dim.
Onda atamla anam məni
danlamazlar.
Ömər yoldaşlarına baxıb dedi:
- Mən isə düzünü deyəcəyəm.
Doğru danışmaq həmişə asan olur.
Əli evlərinə çatan kimi atasına
dedi:
Valentina Oseyevanın "Nə daha asandır" hekayəsinin
motivləri əsasında yazılmışdır.
4-cü bölmə. Yaxşı nədir, pis nədir?