1 1
Çətin anlarda kimdən məsləhət alırsınız?
DİLARƏ
bulaşmaq • xəbərsiz
yaylıq • görkəm • silmək
Təbaşirə bulaşmışdı
Dilarənin saçı, üzü.
Arxayınca gəzirdi o,
Xəbərsizdi bundan özü.
Qəh-qəh çəkib gülüşdülər
Yoldaşları onu görcək.
Biri dedi: - Üzün ağdır,
Üstünə də təbaşir çək.
Biri dedi: - Nə gözəldir,
Nə qəşəngdir bu görkəmin.
Ağappaqsan, “Qar qız” olsun
Qoy bu gündən adın sənin.
Biri isə nə söz deyib,
Nə üzünə güldü onun.
Yaylığını çıxardaraq
Üz-gözünü sildi onun.
Tofiq Mütəllibov
Söz ehtiyatı
2
Nöqtələrin yerinə “söz mücrüsü”ndən uyğun gələn sözləri seçərək
1. Səlimənin əlləri palçığa ... .
cümlələri tamamlayın.
2. Aydın heç nə eşitməmişdi, bu məsələdən ... idi.
3. Qızcığaz şaxtadan donmuşdu, onun Qar qıza bənzəyən ... var idi.
4. Nənəsi ... çıxarıb onun əllərini sildi.