1 1
Mətnin yarımbaşlıqlarını oxuyun. Bildiklərinizə əsasən suallara cavab
verməyə çalışın.
2
Mətnin hissələrini oxuduqca aldığınız məlumatları əvvəl bildiklərinizlə
İTLƏR VƏ PİŞİKLƏR
müqayisə edin. Rast gəldiyiniz yeni sözləri izah edin.
Hansı heyvanları daha yaxşı tanıyırsınız? Yəqin ki, düşünmədən
deyəcəksiniz: “İtləri və pişikləri”. Təəccüblü deyil. Axı bir çoxunuz evdə it
və ya pişik saxlayırsınız. Bu heyvanlara küçədə, parkda rast gəlmək
mümkündür. Bəs itləri və pişikləri doğrudanmı yaxşı tanıyırıq?
İt və pişik necə əhliləşdirildi?
Qədim zamanlarda insanlar çöldə tutduqları canavar
balalarını evə gətirib saxlamağa başladılar. Zaman keçdikcə bu
balalar “it” və ya “köpək” dediyimiz ev heyvanına çevrildilər.
Məlum oldu ki, onlar sahiblərinə çox sadiqdirlər. İtlər ev
keşikçisi, ovçuların və çobanların köməkçisi oldular.
Daha sonra insanlar pişiyi əhliləşdirməyə başladılar. Bu
heyvanı müqəddəs hesab edir, onun qayğısına qalırdılar. Pişiyi
incitmək günah hesab olunurdu. Qədim Misirdə pişik öləndə
onu xüsusi ehtiramla dəfn edirdilər.