1 1
Mətnin başlığını oxuyun və şəkillərə baxın. Sizcə, mətndə nədən
danışılır?
YARASA NƏ ÜÇÜN GECƏLƏR UÇUR?
Meşələrin birində iki hökmdar var imiş. Biri heyvanlar, o biri quşlar
üzərində hökmranlıq edirmiş. Hər bir canlı öz hökmdarına sözsüz tabe
imiş. Tapdığı yeməkdən ona pay göndərirmiş. Təkcə Yarasa yuvasında
rahatca yaşayır, heç kimə yeməyindən pay vermirmiş.
Bir gün heyvanların şahı əsgərlərini çağırıb əmr etdi:
- Gedin, Yarasadan yemək payımı alın! Bütün heyvanlar kimi o da
mənə tabe olmalıdır.
Əsgərlər Yarasanın yanına gəlib dedilər:
- Ey Yarasa, biz səndən hökmdarımıza yemək payı almağa gəlmişik.
- Pay? Nə pay? Gedin, şahınıza deyin
ki, mən heyvan deyiləm və yeməyimdən
ona pay verməyəcəyəm. Harada görünüb
ki, mənim kimi qanadlı, havada uçan bir
canlı yerdə gəzən heyvanların şahına pay
versin?! Mən heyvan deyiləm, quşam.
Əsgərlər şahın yanına gəlib.
Yarasanın sözünü ona çatdır-
dılar.
Heyvanların şahı bərk
qəzəbləndi. Xeyli fikirləşəndən
sonra quşların şahına bir mək-
tub
yazdı. Əsgərləri çağırıb
dedi:
- Tez bu məktubu quşların
şahına çatdırın.
5-ci bölmə. Qəribə canlılar