• planer
• araşdırma
• cəlb etmək
• sınaq
• mühərrik
• püşk atmaq
Uilber və Orvil həyətdə oynayırdılar. Ataları onları səslədi:
- Uilber, Orvil haradasınız?
Qardaşlar sevincək qapıya qaçdılar. Mister Rayt əlindəki oyuncaq planeri
onlara verdi. Planer kartondan hazırlanmışdı. Mister Rayt kartona sarılmış ipi
dartan kimi qanadlar işə düşdü. Planer havaya qalxdı. Küləyin də köməyi ilə
göydə dövrə vurdu. Orvil qollarını aşağı-yuxarı yelləyə-yelləyə qaçmağa başladı:
- Ata, bax, mən də uçuram...
Həmin gündən sonra Orvil tez-tez
xəyallar qururdu. Xəyallarında planerə
bənzər uçuş aparatnda əyləşib onu
idarə edir, səmadan yeri seyr edirdi.
Bu hadisədən illər keçmişdi. Uilber və
Orvil velosiped istehsalı ilə məşğul
olurdular. Buna baxmayaraq uçmaq
arzusu onları heç vaxt tərk etməmişdi.
Daim aviasiya ilə bağlı yeniliklərlə
maraqlanırdılar.
Qardaşlar araşdırmalar apardılar,
mühəndisləri işə cəlb etdilər. Sonda metal və taxtadan istifadə edərək
mühərriklə işləyən təyyarə hazırladılar.
Mühərriklə işləyən təyyarəni sınaqdan keçirmək çox təhlükəli idi. Hamı
anlayırdı ki, sınaq uğursuz olarsa, pilotun sağ qalması mümkün deyil.