1 1
Səma cisimləri haqqında bildiklərinizi danışın.
AYIN İTMƏSİ
həyəcanlı • uydurmaq
qaranlıq • çığırmaq
dəyirmi • işıq saçmaq
əks • şüa • kölgə
Son günlər Sincab çox həyəcanlı idi. Maral bunu
görüb soruşdu:
- Nə olub, Sincab qardaş?
- Gecə üçün ərzaq toplamaq lazımdır. Ay gündən-günə kiçilir. Belə getsə, bir
neçə gündən sonra yoxa çıxacaq, meşə zil qaranlıq olacaq. Gecələr necə yemək
tapacağıq?!
- Doğrudan? Heç fikir verməmişdim. Məncə, sən uydurursan.
Üç gündən sonra onlar yenə
görüşdülər. Sincab Marala dedi:
- Bir Aya bax. Az qala yarısı qalıb.
Gördün? Mən deyən düz çıxır.
Maral gördü ki, Sincab doğru deyir.
Bir azdan bütün meşəyə xəbər
yayıldı: “Ay yoxa çıxır!” Hamı bir yerə
toplaşdı. Bütün heyvanlar göyə baxırdı.
Qaranlıq səmada Ayın kiçik bir hissəsi
qalmışdı. Ayı dedi:
- Məgər Ay belə olmur?
Çaqqal cır səslə çığırdı:
- Yox, yox. Ay dəyirmi olur. Lap Günəş
kimi.
Şir dedi:
- Yaxşı, sakit olun! Gəlin gedək
Bayquşun yanına. O hamımızdan çox yaşayıb. Ağıllıdır, bir məsləhət verər.
Heyvanlar Bayquşun yanına gəldilər. Qoca Bayquş məsələnin nə yerdə
olduğunu biləndə dedi:
- Sizin heç dünyadan xəbəriniz yoxdur ki! Yaxşı, mən sizə Ay, Yer və Günəş
haqqında dərs keçərəm. Əvvəla, bilməlisiniz ki, Ay özü işıq saçmır. Onu işıqlan-
dıran
Günəşdir.
6-cı bölmə. Dünyanı kəşf edirəm