•fəsil•
5
NİKBİNLİK
1
A
Qruplarla iş
1. Mətnin hissələrini oxuyun və məzmuna uyğun başlıqla adlandırın.
2. Tanış olmayan sözləri qeyd edin və mənasını araşdırın.
3. Hər bir hissə üzrə suallar tərtib edin.
4. Mətni nəql edin.
YENİ DOSTLAR
1-ci hissə
Futbol matçının 80-ci dəqiqələri gedirdi. Yeniyetmə futbolçular
bütün güclərini ortaya qoymuşdular. Zarafat deyildi, bu görüşün qalibi
beynəlxalq idman yarışında iştirak edəcəkdi.
Yusif komandanın hücumçusu idi. O bu oyunda iki qol vurmuşdu. Rəqib
komandanın müdafiəçiləri heç cür onun öhdəsindən gələ bilmirdilər.
Müdafiəçilərdən biri onu bütün oyun boyu qarabaqara izləyirdi.
Budur, Yusif növbəti dəfə topla rəqibin cərimə meydançasına daxil oldu. İki
müdafiəçini keçdi. Birdən... “Ay! Bu nə idi?! Necə də ağrıtdı!” – deyə Yusif
inildədi. Yusifə çata bilməyən bir müdafiəçi arxadan ona badalaq vurub
yıxmışdı.
Fit səsi eşidildi. Hakim müdafiəçiyə qırmızı kart göstərdi. On bir metrlik
cərimə zərbəsi təyin olundu. Bu zaman hamının diqqəti yerdə uzanıb ayağını
tutan Yusifə yönəldi. Deyəsən, zədəsi çox ciddi idi...
***
Yusifin sağ ayağı iki yerdən sınmışdı. Həkimlərin rəyi qəti idi: “Bir ay yataqda
uzanmalıdır. Bir neçə ay idmandan söhbət gedə bilməz!”
Məşqçisi və komanda
yoldaşları tez-tez ona baş
çəkirdilər. Yusif onlara baxaraq
düşünürdü: “Komandamız
İtaliyaya beynəlxalq yarışa
gedəcək. Bu uğurda mənim də
payım var. Mən isə yataqda
uzanmalıyam”. Yusif getdikcə
tənhalığa qapılır,