Heç səyahət etmisinizmi? Bu zaman hansı nəqliyyat vasitələrindən
istifadə etmisiniz?
yeməyini yeyərdi. Saat on ikinin yarısında üzvü olduğu “Dostluq” klubuna
gedərdi. Klubda hamı onu soyuqqanlı, bir qədər qaraqabaq adam kimi tanıyırdı.
Amma mister Foqa hörmətlə yanaşırdılar, çünki o çox oxumuş və dünyagörmüş
adam idi.
Saat on iki idi və Foq artıq klubda idi. Həmişəki kimi pəncərənin qarşısındakı
kresloda əyləşmişdi. Bugünkü qəzetlərə nəzər salırdı. Klubun digər üzvləri
arasında qızğın mübahisə gedirdi: Yer ətrafına neçə günə səyahət etmək olar?
Biri 150 gün, başqa birisi 6 ay deyirdi. Nəhayət, centlmenlərdən biri Foqa üz
tutdu:
- Mister Foq, siz bu barədə nə düşünürsünüz?
Foq həmişəki kimi təmkinlə, lakin qətiyyətli səslə
dilləndi:
- Qatar, hava balonu meydana çıxdıqdan sonra
dünya xeyli kiçilib.
Düşünürəm ki, bu gün Yer ətra-
80 günə dolanmaq olar.
- 80 günə? Siz zarafat edirsiniz, mister Foq.
Mister Foq əlindəki qəzeti kənara qoyub ayağa
qalxdı:
- Bəli, centlmenlər, 80 gün. Mərc gəlirəm ki,
dünyanı səyahət etmək üçün 80 gün yetər. Bu gün,
oktyabrın 2-də mən Yer ətrafına səyahətə çıxıram.
Dekabrın 21-də burada, bu klubda sizinlə
görüşərik.
Bunu deyib mister Foq iti addımlarla klubdan
çıxdı və evinə doğru yönəldi. Evə çatan kimi
xidmətçisini səslədi:
- Paspartu, cəld çamadanı hazırla, yola düşürük.
Dünya ətrafında səksən günlük səyahətə çıxırıq.