•fəsil•
1
MAMONTVƏ FİL
1
A
Nəsli kəsilmiş hansı heyvanları tanıyırsınız? Həmin heyvanlar
haqqında bildiklərinizi danışın.
MAMONT BALASI
Uzaq Şimalda, okeanın sahilində bir qaya
ucalırdı. Qayanın altındakı mağarada iri buz
parçasının içində donmuş mamont balası vardı.
Günlərin birində havalar istiləşməyə başladı.
Buz parçası əridi və mamont balası ayıldı.
– Ana! – deyə o qışqırdı, amma heç kəs cavab
vermədi.
Mamont balası anasını axtarmağa getdi.
Yolda o, ayı balasına rast gəldi.
– Sən kimsən? – deyə ayı balası heyrətlə
soruşdu.
– Bilmirəm. Mən anamı axtarıram, sən onu görməmisən?
– Yox, görməmişəm! Gəl morjun yanına gedək. O hər şeyi bilir!
Morj diqqətlə mamont balasına baxdı. Sonra dedi:
– Çox qədim zamanlarda burada belə heyvan yaşayıb, amma sonradan
onlar Afrikaya köçüblər.
– Mən də Afrikaya – anamın yanına getmək istəyirəm!
Morj ona Afrikaya gedən yolu başa saldı. Mamont balası morja təşəkkür
edib yola düzəldi.
***
Xeyli yol getdikdən sonra mamont balası Afrikaya çatdı. Burada bir
meymuna rast gəldi.
– Sən kimsən? – deyə meymun heyrətlə soruşdu.
– Bilmirəm. Mən anamı axtarıram.
– Mən sənin ananı tanımıram. Gəl begemotun yanına gedək. O hamını
tanıyır.
Onlar begemotun yanına getdilər. Begemot mamont balasına baxıb dedi:
– Sən fil balasına oxşayırsan. Filin yanına gedin. O bilər.
Fil mamont balasını görüb təəccübləndi:
– Sən mənə çox oxşayırsan. Amma tüklüsən.
– Mən şimaldan gəlmişəm. Səni çox axtarmışam.
1-ci fəsil •
Mamont və fil