Neft Daşları haqqında nə bilirsiniz?
– Diqqət, diqqət! Dənizdə 10-11 bal gücündə fırtına gözlənilir! Diqqət, diqqət...
Diktorun həyəcanlı səsi bütün Neft Daşlarına yayıldı.
Çox keçmədi ki, qorxunc bir uğultu qopdu. Dəhşətli külək dənizi təlatümə
gətirdi. Cəmi bir saat əvvəl gözoxşayan mavi dalğalar indi bozararaq yüksəyə qalxır,
qəzəblə estakadaya çırpılırdı. Külək dənizin duzlu suyunu şillə kimi adamın üzünə
vurur, göz açmağa imkan vermirdi.
Estakadada addım atmaq mümkün deyildi. Neftçilər yıxılmamaq üçün əl-ələ
tutur, bir-birinə kömək edərək otaqlara doluşurdular.
Birdən həyəcanla ora-bura boylanan ustanın səsi eşidildi:
– Bəs Arif hanı? Səməd hanı? Ay aman!.. Buruğa qalxmışdılar. Aaariiif!
Usta elə qışqırdı ki, sanki dalğaların səsini batırmaq istəyirdi.
O, qapıdan çıxmaq istəyəndə fəhlələr qolundan tutdular:
– Dayan, usta. Tək gedə bilməzsən. Dalğa dənizə atar.
Usta əlləri ilə başını tutub çarəsiz halda dilləndi: