“Təbii fəlakətlər” bölməsinin əvvəlində sunami haqqında verilmiş
tapmacanı xatırlayın. Bu təbii fəlakət haqqında bildiklərinizi danışın.
yaranır. Zəlzələ zamanı baş verən titrəyişlər nəhəng dalğalar yaradır. Bu dalğalar
sahilə doğru hərəkət etdikcə daha da böyüyür.
Təsəvvür edin: 30-40 metr hündürlüyündə dalğalar böyük sürətlə sahilə
hücum çəkir. Bir göz qırpımında yaşayış məntəqələrini su basır. Canlı-cansız nə
varsa, hamısı okean sularına qarışır...
9 iyul 1958-ci il. Amerikanın şimalında yerləşən Alyaskada güclü sunami baş
verdi. Fəlakətin şahidi olmuş bir şəxs danışırdı: “Sunami dalğasının hündürlüyü
adamı dəhşətə gətirirdi. Həyəcandan çaşbaş qalmış insanların gözü qarşısında
nəhəng dalğa yuxarı qalxdı. Kəndin içərilərinə doğru irəlilədi. Qarşısına çıxan
ağacları kökündən çıxardı”.
11 mart 2011-ci il. Yaponiyada olan güclü zəlzələ xəbəri bütün dünyaya
yayıldı. Okean suları böyük sürətlə şəhərə doğru şütüyürdü. Suyun üzündə bir-
birinə
qarışmış maşınlar, binalar, adamlar, körpülər insanı dəhşətə gətirirdi.
Tezliklə bir neçə şəhər sulara qərq oldu. Minlərlə adam itkin düşdü.