mexanizmləri hərəkətə gətirən əsas hissələr təkər formasındadır. Yalnız
avtomobillər, qatarlar deyil, təyyarələr, gəmilər də təkər vasitəsilə hərəkətə
gəlir. Lakin təkər buna qədər böyük bir inkişaf yolu keçmişdir.
İlk təkərləri necə düzəldirdilər?
Qədimdə insanlar ağır yükü daşımaq üçün onu ağac tirlərinin üzərinə qoyub
diyirlədirdilər. Beləliklə, onlar dairəvi əşya üzərində yükdaşımanın daha rahat
olduğunu anlamışdılar. İndi əsas məsələ prosesi təkmilləşdirmək idi.
İnsanlar iri ağac tirlərini köndələn kəsib dəyirmi lövhələr hazırladılar. Sonra
lövhənin mərkəzində deşik açdılar. İki dəyirmi lövhəni qalın taxta çubuqla – oxla
birləşdirdilər.
Beləcə, ilk nəqliyyat vasitəsi – araba yarandı.