insanların saylar haqqında sadə təsəvvürü var idi.
Onlar bilirdilər ki, insan qollarının sayı quş qanad-
larının
sayı qədərdir, ayaqlarının sayı isə maralın
ayaqlarının sayından azdır. Lakin bu sayları yazıda
ifadə edə bilmirdilər.
1. İlk rəqəmlər necə yarandı?
Qədim insan sürüdəki keçilərin sayını bilmək
üçün bir qab götürüb ora kiçik daşlar yığırdı: bir
keçi – bir daş. Qabda daşların sayı çoxdursa,
deməli, sürü də böyükdür. Bəzən sayı ifadə etmək
üçün əşyanın sayı qədər taxtada cızıqlar çəkir,
bəzən isə uzun kəndirdə əşyanın sayı qədər
düyünlər salırdılar. Zaman keçdikcə daha böyük və
dəqiq hesablamalara ehtiyac yarandı. Artıq hər bir
sayı işarələrlə ifadə etmək lazım idi. Rəqəmlərə –
sayın yazıda işarəsinə ehtiyac var idi.
İlk rəqəmlər qədim Misir ölkəsində yaranmışdır.
Misirlilər kiçik ədədləri cızıqlarla, böyük ədədləri
şəkillərlə ifadə edirdilər. Bəzi xalqlar isə öz
əlifbalarındakı hərflərdən istifadə edirdilər. Hərfin
rəqəm olduğunu bildirmək üçün üstündə xətt
çəkirdilər.
2. Niyə məhz onluq say sistemi?
Hesablama aparmaq üçün asan bir say sistemi
düşünmək lazım idi. Bunu başa düşən insanlar
onluq say sistemi yaratdılar.