6
UNUDULMAZ
QƏHRƏMANLAR
Sizcə, hansı hərəkətlər qəhrəmanlıq sayılır? Qəhrəmanların
hansı xüsusiyyətləri olur? Oxuduğunuz mətnlərdən
nümunələr gətirməklə qəhrəmanlıq haqqında danışın.
CAVAD XAN
Kimliyi – Gəncə xanı
Yaşadığı illər – 1748-1804
Hökmranlıq illəri – 1786-1804
Əsas xidməti – Gəncə uğrunda
işğalçı rus qoşunlarına qarşı mübarizə aparmışdır.
Əlavə məlumatlar:
1. Cavad xanın oğlu Hüseynqulu da atası ilə birlikdə döyüşlərdə iştirak etmiş
və qəhrəmancasına həlak olmuşdur.
2. Gəncədə Cavad xanın qəbri üzərində məqbərə tikilib.
KOROĞLU
Kimliyi – xalq qəhrəmanı
Yaşadığı illər – 6-cı əsrin sonu –
17-ci əsrin əvvəli
Əsas xidməti – zülmkar ağalara qarşı mübarizə
Məskəni – Çənlibel qalası
Atının adı – Qırat
Qılıncının adı –Misri
Əlavə məlumatlar:
1. Koroğlunun qoşununda yeddi min yeddi yüz yetmiş yeddi igid var idi.
2. Koroğlunun döyüşlərdə göstərdiyi şücaətlər “Koroğlu” dastanında təsvir edilir.