“Kitabi-Dədə Qorqud” dastanından hansı Oğuz qəhrəmanlarını
tanıyırsınız? Onların qəhrəmanlıqları haqqında danışın..
Oğuz elində Uşun Qoca adlı bir kişinin iki oğlu var idi. Böyüyünün adı Əkrək idi.
Bir dəfə Əkrək uzaq səfərdən vətənə qayıdırdı. Çox yorğun idi. Bir çəməndə uzandı
ki, yatıb dincini alsın. Bu vaxt düşmənlər ona hücum etdilər. Yatdığı yerdə əl-
qolunu bağlayıb əsir götürdülər. Oğuz elinə xəbər gəldi ki, Əkrək Əlincə qalasında
dustaqdır. Uşun Qocanın evi yasa batdı.
İllər keçdi. Oğuz elinə bahar gəlmişdi. İgidlər ox atır, at çapırdılar. Uşun Qocanın
kiçik oğlu Səkrək də böyüyüb yaxşı bir bahadır olmuşdu. Yarışların birində qalib
gəldiyi rəqibi ona dedi:
– Səkrək, çox da öyünmə. Neçə illərdir ki, qardaşın
Əkrək Əlincə qalasında dustaqdır. Əgər hünərin varsa,
get onu qurtar.
Səkrək tez anasının yanına gedib qardaşını xəbər aldı.
Anası dedi:
– Oğul, uşaq idin, ona görə sənə demədik. Qorxduq
ki, gedəsən, başına bir iş gələ. Bir dərdimiz dönüb iki ola.
Elə həmin gün Səkrək ata-anasından izin alıb qardaşı
Əkrəyi soraqlamaq üçün yola çıxdı. Oğuz elinin
ağsaqqalı Dədə Qorqud ona xeyir-dua verdi:
– İgid oğul qardaşının sorağında olar. Onu əsirlikdən
sən qurtarmasan, kim qurtarar?! Qaracıq atına min, get
qardaşını qurtar. Al bu qopuzu da, sənə yoldaş olsun!
Nə anladın?
B “Söz boğçası”ndakı sözlərin izahını müəyyən edin.
1. Müharibədə düşmən əlinə keçən əsgər, zabit və s.
2. Qəhrəman, igid
3. Həbs olunmuş adam