"İgid döyüşdə bəlli olar" atalar sözünü izah edin.
Xanbala və Bəybala adlı güclü-qüvvətli oğlanları var idi. Padşah da onlara baxıb
“mənim bəy balam”, “mənim xan balam” deyə sevib-oxşayardı.
Padşahın bir mehtəri var idi. Oğlu Nərbala ilə birlikdə şahın atlarını bəsləyirdi.
Bir gün Xanbala ilxıdan şahzadəyə yaraşan bir at seçmək istədi. Mehtər boz
rəngli bir qulunu göstərib dedi:
– Bircə il bu quluna yaxşı qulluq olunsa, cıdırda ona çatan at olmaz.
– Bu yabını oğlun Nərbalaya saxla, – deyə Xanbala başqa at seçdi.
O gündən Nərbala boz quluna xüsusi qulluq etməyə başladı. Aylar keçdi, boz,
çəlimsiz qulun ağappaq köhlən ata çevrildi.
Mehtər Xanbala və Bəybalanın xasiyyətinə yaxşı bələd idi. Onlar hamıya
yuxarıdan aşağı baxar, başqalarının uğurunu gözləri götürməzdi. Mehtər oğluna
tapşırmışdı ki, atı yalnız gecələr xəlvətcə şəhər qırağında sürsün. Yoxsa
şahzadələr görsələr, paxıllıqdan onu cəzalandırarlar. Kim inanardı ki, bu
gözəllikdə at həmin boz qulundur...
***
Bir gün qonşu ölkənin hökmdarı Səlim şah hücum