Cavad xan haqqında bildiklərinizi xatırlayın.
Bu şəxs haqqında daha nə bilmək istərdiniz?
1
1804-cü il idi. Rusiya Azərbaycanı ələ keçirməyə çalışırdı. Ruslar üçün
Gəncə qalası Azərbaycanın giriş qapısı sayılırdı. Ona görə də buranı tutmaq
Rusiya üçün önəmli məsələ idi.
2
Vaxtilə Gəncəyə pənah gətirmiş iki erməni rus generalı Sisyanovun yanına
gəlib dedi:
– Gəncədəki ermənilər rus ordusunu səbirsizliklə gözləyirlər. Gəncəyə daxil
olmaq üçün sizə gizli yolları göstərərik.
3
Sisyanov bilirdi ki, Gəncə hökmdarı Cavad xan güclü və ağıllı bir sərkərdədir.
Eyni zamanda Gəncə elinin qəhrəmanlığına da bələd idi. Anlayırdı ki,
daxildən kömək olmasa, Gəncəni heç vaxt tuta bilməz. Buna görə də satqın
ermənilərin təklifi lap göydəndüşmə
oldu.
4
Bu sözləşmədən sonra rus ordusu
Gəncə qalasını mühasirəyə aldı.
Şəhərdəki ermənilərə arxayın olan
Sisyanov Cavad xana məktub yazdı:
“Cavad xan Gəncəli, təklif edirəm ki,
şəhəri davasız təhvil verəsiniz. Bu
döyüşdə qələbə qazanmağınız imkan-
sızdır.
İmtina etsəniz, bəxtinizdən
küsün”.
5
Sisyanovun təklifinə qəzəblənən
Cavad xan ona cavab məktubu yazır:
“Bu xəyaldan əl çək. Gəncəyə yalnız
meyitimin üstündən keçə bilərsən!
Mən öləndən sonra, özgə cür yox!”