Azərbaycan ərazisindəki hansı dağları tanıyırsınız? Onlar haqqında
bildiklərinizi danışın.
adam vardı. Onun sorağı bütün aləmə yayılmışdı. Deyirdilər ki, Aldədə
möcüzələr yaradır. Ən inanılmaz möcüzə də odur ki, Aldədəni od yandırmır.
Bu xəbər Bağdad xəlifəsinə də çatdı. O, inandığı adamlardan üç nəfəri
yanına çağırıb dedi:
– Odlar ölkəsinə gedin. Aldədəni tapın. Həqiqətən, möcüzəli adamdırsa,
ona toxunmayın və bütün istəyini yerinə yetirin. Yox, görsəniz ki, camaatı
aldadır, həmin dəqiqə boynunu vurun.
Xəlifənin adamları dərhal üz tutdular Odlar ölkəsinə. Gəlib Haçaqaya
deyilən yerə çatdılar. Gördülər ki, geniş çöldə qoyun sürüsü, at ilxısı otlayır.
Aldədə isə hündür bir daşın üstündə oturub. Xəlifənin adamları yaxınlaşıb
salam verdilər. Biri dedi:
– Uzaq yerdən gəlirik. Yaman acmışıq. Bəlkə, bir ocaq qalayasan.
Aldədə arif adam idi, ərəblərin niyyətini başa
düşmüşdü. O, cəld ayağa qalxdı, ocaq qaladı.
Sürüdən bir quzu ayırıb kəsdi. Quzunun qolunu,
budunu əlindəcə közə tutub bişirdi. Kabab hazır
oldu. Aldədənin əlinə odun heç təsiri də olmadı.
– Bu nə möcüzədir? – deyə ərəblər
heyrətləndilər.
– Möcüzə yoxdur. Mən Odlar diyarının od
oğluyam. Od odu yandırmaz.
Xəlifənin adamlarından biri dedi:
– Sən öz qaladığın odda, bəlkə də, yanmazsan.
Ancaq biz ocaq qalayarıq, elə yanarsan ki, heç
külün də qalmaz.
Onlar yurdda bir təndir qaladılar. Təndir elə
yanırdı ki, alov dilimləri az qala Haçaqayanın
zirvəsinə çatırdı. Xəlifənin adamları bir quzu
kəsib Aldədənin qucağına verdilər. Əmr elədilər
• arif
• xəlifə
• boynunu vurmaq
• ilxı
• sal daş