Komandanın uğur qazanması üçün liderin hansı keyfiyyətləri
olmalıdır?
adlı bir başçısı vardı. Alabaxta çox müdrik, dünyagörmüş göyərçin idi. Başqa
göyərçinlər həmişə onun məsləhətlərinə qulaq asar, hər əmrinə tabe olardılar.
Günlərin bir günü çəmənliyə bir ovçu gəldi. Yerə çoxlu dən səpdi, torunu qurub
pusquda durdu.
Göyərçinlər uçarkən yerdə çoxlu dən gördülər. Tələdən xəbərsiz olan quşlar
həmin yerə endilər. Yenicə dənləməyə başlamışdılar ki, ovçu torunu çəkdi.
Göyərçinlərin hamısını tutdu. Quşlar torda çırpınmağa başladılar. Onlar öz
canlarını qurtarmaq üçün çalışır, toru dimdikləyir, bir-birinin əl-ayağına
dolaşırdılar.
İşi belə görən Alabaxta dedi:
– Sakit olun və məni dinləyin. Təklikdə
heç birimiz tordan xilas ola bilməyəcəyik.
Yaxşısı budur, gücümüzü bir yerə qoyaq,
toru yerdən qoparıb özümüzlə aparaq.
Göyərçinlər Alabaxtanın dediyi kimi
etdilər. Ovçu torla birlikdə göyə qalxan
göyərçinləri görəndə çaşıb-qaldı. Amma
fikirləşdi ki, quşlar uzaq gedə bilməzlər. Nə
vaxtsa yorulub yerə qonacaqlar. Bu ümidlə
göyərçinləri izləməyə başladı.
Alabaxta gördü ki, ovçu qarabaqara onları
izləyir. Yoldaşlarına dedi:
– Bu insafsız bizdən əl çəkənə oxşamır.
Gərək daha da sürətlə uçaq, onun
gözündən itək.
– Axı biz yorulmuşuq, qanadlarımızı
güclə tərpədirik, – deyə göyərçinlər ağız-
ağıza
verib səsləndilər.
• pusqu • kəsəyən