Bildiyiniz bir gülməli əhvalat danışın.
Sizcə, bu əhvalatda gülüş doğuran nədir?
gedirmiş. Yoldan keçənlər deyirlər:
– Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır.
Molla eşşəkdən düşüb uşağı mindirir. Yol qırağında oturanlar bunu görüb lağ
eləyirlər:
– Ağsaqqal kişiyə bax! Oğlanı mindirib eşşəyə, özü piyada gedir.
Belə olanda Molla eşşəyə minib uşağı tərkinə alır. Yenə də yoldan ötənlər
qulp qoyurlar:
– Sən bir bunlara bax! İki yekə adam bir cansız eşşəyə minib.
Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür. Piyada getməyə
başlayırlar. Bunu görən yolçular gülüşürlər:
– Bunlar nə ağılsız adamlardır. Yanlarında eşşək
ola-ola ikisi də piyada gedir.
Axırda Mollanın əlacı kəsilir, eşşəyi dalına alıb deyir:
– Hamıya qulaq assan, gərək eşşəyi belinə alasan.
• tərkinə almaq
• qulp qoymaq
• əlacı kəsilmək
Nə anladın?
B Mətndə neçə epizod var? Hansı epizod sizdə gülüş doğurdu?