4
Torpaq
Bitkilərin inkişafı üçün torpağın vacib olduğunu artıq bilirik. Torpaq
həm də bəzi canlıların yaşadığı yerdir. Heyvanların bir qismi həyatlarının
əksər hissəsini torpağın altında keçirir. Soxulcanlar, qarışqalar, çölsiçanları, köstəbəklər belə canlılardandır. Məsələn, soxulcanlar torpağın dərinliyində olur. Yağış yağdıqdan sonra isə torpağın üstünə çıxır. Bəzi heyvanlar isə havalar soyuduqda torpağın altında gizlənərək özlərini soyuqdan və təhlükədən qoruyur.
Canlıların yaşaması və inkişafı üçün vacib olan torpaq çox zəngindir. Onun tərkibində qum və su var.
Bundan başqa, torpaqda müxtəlif bitki və heyvan qalıqlarından
yaranmış çürüntü də olur.
Bu, bir çox canlıların inkişafı, qidalanması üçün vacibdir.

Sizcə, torpağın tərkibində
daha nə ola bilər?
daha nə ola bilər?