15
Hüquqlarımız
Cəmiyyətdə insanlar arasındakı münasibətlərin düzgün qurulması
üçün müəyyən qaydalar və qanunlar var. Qaydaları insanlar özləri
müəyyən edirlər. Məsələn, siz yol hərəkəti qaydaları, məktəbdə davranış
qaydaları haqqında artıq bilirsiniz. Qaydalara əməl etməklə biz
öz həyatımızı və ətrafımızdakı insanlarla ünsiyyəti asanlaşdırırıq.
Qanunları isə dövlət qəbul edir. Onlar bizim hüquqlarımızı qoruyur.
Azərbaycan Respublikasının əsas qanunu Konstitusiyadır.
Bundan başqa, təhsil haqqında və uşaq hüquqları haqqında da
qanunlar var. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə uşaq hüquqlarının qorunmasına xidmət edən əsas sənədlərdəndir.
Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlər də qəbul edilib.

Siz
dünyada uşaqların hüquqlarını
qoruyan hansı beynəlxalq sənədlər
haqqında eşitmisiniz?
qoruyan hansı beynəlxalq sənədlər
haqqında eşitmisiniz?