23
Fövqəladə
hallarda davranış
qaydaları
hallarda davranış
qaydaları
Təbiətdə elə hadisələr var ki, ətraf mühitə ziyan vurmaqla yanaşı,
bir çox insanın həyatı üçün təhlükə yarada bilər. Bu hadisələrə
fövqəladə hallar deyilir. İnsanlar onların qarşısını almağa, təsirini azaltmağa çalışırlar. Məsələn, torpaq sürüşməsinin qarşısını almaq
üçün çoxlu ağaclar əkir, daşqınları yönləndirmək üçün bəndlər tikirlər. Təbii fəlakətlərin harada ola biləcəyini təxmin də etmək olar.
Böyük çayların sahilində daşqınların, dağətəyi ərazilərdə torpaq sürüşməsi və qar uçqunlarının olması gözləniləndir.
Elə hadisələr də var ki, insanlar tərəfindən törədilir. Bunlar texnogen qəzalar adlanır. Məsələn, yanğın, nəqliyyat qəzaları, partlayışlar və s. Həm təbii fəlakətlər, həm də texnogen qəzalar zamanı ən vacib olan hərəkət qaydalara uyğun davranmaqdır.

Sizcə, bu qaydalar hansılardır?