Öyrəndiyiniz yeni məlumatı başqalarına necə çatdırırsınız?
Siz hər gün müxtəlif informasiya alır, özünüzdə olan informasiyanı isə
dostunuza, ata-ananıza, bacı-qardaşınıza ötürürsünüz. İnformasiyanın
ötürülməsi təbiətdə də baş verir.
Bu maraqlıdır
Arı ailəsində “kəşfiyyatçı”
arılar olur.
Onlar çiçəklərin yeri
haqqında informasiya
toplayıb digər arılara
ötürürlər.
İnformasiyanın ötürülməsində həmişə iki tərəf iştirak edir: