Siz hər gün çoxlu informasiya alırsınız. Aldığınız informasiyadan nəticə çıxarmaq üçün əvvəlki biliklərinizdən istifadə edirsiniz. Başqa sözlə, nəticə çıxarmaq üçün ilkin informasiyanı emal edirsiniz. Məsələn, havanın soyuq olması barədə informasiya alan adam nəticə çıxarır: evdən çıxarkən qalın geyinmək lazımdır.
İlkin informasiyanın emalından sonra alınan nəticə artıq yeni informasiyadır.