“İnformasiya mənbəyi ancaq canlılar ola bilər” fikri doğrudurmu?
a) hə
b) yox
Vizual informasiya vasitəsilə obyektin hansı xassələrini müəyyən etmək olar?
Şagird öz adının hərflərini əlifbadakı sıra nömrələri ilə əvəz edərək yazdı:
25 6 30 5 1
Kodlaşdırma cədvəlinə baxmadan bunu necə tapmaq olar?
a) Ramiz
b) Sevda
c) Rüfət
d) Günay
Ceyhun radio ilə musiqiyə qulaq asır. Doğru cavab hansıdır?
Hansı hadisədə informasiya mübadiləsi baş verir?
a) Bir insan danışır, o biri qulaq asır
b) Uşaq televizora baxır
c) Rəfiqələr telefonla danışır
d) Oğlan şəkil çəkir
Orxan otağın ölçüləri haqqında məlumatı dəftərə yazdı. Hansı informasiya prosesi baş verdi?
a) informasiyanın kodlaşdırılması
b) informasiyanın emalı
c) informasiyanın saxlanması
d) informasiyanın qəbulu
Şagird məktəbdən qayıdanda yağış başlayır. O, necə hərəkət etməlidir?
a) isti geyinməlidir
b) oturub gözləməlidir
c) gözlük taxmalıdır
d) tələsməlidir
Dibçəkdəki gülün dibinin quru olduğunu görəndə nə edərdin?
a) dibçəyi dəyişərdim
b) gülə su verərdim
c) gülü başqa yerə köçürərdim
d) pəncərəni açardım
Aysel termometrə baxıb havanın temperaturunu bildi. Hansı informasiya prosesi baş verdi?
a) informasiyanın kodlaşdırılması
b) informasiyanın emalı
c) informasiyanın saxlanması
d) informasiyanın qəbulu
Ayselin öz qonşusu Vaqifə məlumat çatdırması üçün hansı yollar münasibdir?
a) poçtla məktub göndərər
b) zəng edib bildirər
c) qapını döyüb deyər
d) teleqram göndərər