Kompüter müəyyən proqramlar əsasında işləyir. Kompüterin başlıca proqramı əməliyyat sistemi adlanır. Əməliyyat sistemi digər proqramları və kompüterin qurğularını idarə edir. Hazırda Windows əməliyyat sistemi daha geniş yayılıb
Kompüter işə salınarkən əməliyyat sistemi başladılır və ekranda iş masası açılır. İş masasında cürbəcür balaca nişanlar — simgələr görmək olar.
Kompüterdə əməliyyat sistemindən başqa çoxsaylı proqramlar olur. Hər bir proqramın öz simgəsi var. Hər hansı proqramı başlatmaq üçün siçanın göstəricisini onun simgəsinin üzərinə aparıb sol düyməni qoşa çıqqıldatmaq lazımdır.