İnsan ona lazım olan informasiyanın əksəriyyətini gözlə alır. Ona görə də informasiyanın qrafik formada verilməsi bəzən çox faydalı olur.
Qrafik informasiya ilə işləmək üçün kompüterdə xüsusi proqramlardan — qrafik redaktorlardan istifadə olunur. Belə proqramlardan biri də Paint proqramıdır.
Paint proqramını başlatmaq üçün siçanın göstəricisini iş masasında proqramın simgəsinin üzərinə aparıb sol düyməni ikiqat (qoşa) çıqqıldatmaq lazımdır. Bu zaman proqramın pəncərəsi açılacaq.
Siz rəsm çəkərkən cürbəcür alətlərdən istifadə edirsiniz. Paint proqramında da
rəsm çəkmək üçün uyğun alətlər nəzərdə tutulub.
Alətlər qutusundan lazım olan alət, rənglər qutusundan (palitradan) isə uyğun
rəng seçilir. Kompüterdə çəkilmiş şəkli çap etmək üçün printerdən istifadə olunur.
Şəklin ölçüsündən asılı olaraq uyğun kağız seçmək olar.