Rənglər dünyamızı gözəl etməklə yanaşı, həm də bir əşyanı başqasından fərqləndirməyə kömək edir.
Qrafik redaktorların hamısı rəngli şəkillər yaratmağa imkan verir. Bu məqsədlə palitradan istifadə olunur.
Şəkli çəkmək üçün öncə uyğun aləti və əsas rəngi müəyyən etmək lazımdır.
Palitrada əsas rənglə yanaşı, rəsmin fonunun rəngini də seçmək olar. Əsas rəngi seçmək üçün siçanın göstəricisini palitrada uyğun rəngin üzərinə aparıb sol düyməni çıqqıldadın. Fonun rəngini seçmək üçün siçanın sağ düyməsindən istifadə edin.