Bizi əhatə edən aləmdə çoxlu obyekt var. Bu obyektlərin hər biri informasiya mənbəyidir. İnsan informasiyanı görməklə, eşitməklə, iyləməklə, dadmaqla, toxunmaqla alır.
Qəbul olunan informasiya da uyğun olaraq beş növə bölünür: vizual, səs, qoxu, dad, taktil.
İnsanın duyğu üzvləri vasitəsilə aldığı informasiya yetərli olmaya bilər. Elə buna görə də dəqiq informasiya əldə etmək üçün müxtəlif cihaz və qurğular yaradılmışdır.