Siz hər gün fikrinizdə, yaxud kağızda müxtəlif hesablamalar aparırsınız. Mürəkkəb hesablamalar zamanı isə kalkulyatordan istifadə etməli olursunuz.
Kompüterdə adi kalkulyatorun bənzəri — Calculator proqramı var.
Calculator proqramını başlatmaq
üçün siçanın göstəricisini iş masasında
proqramın simgəsinin
üzərinə aparıb sol düyməni ikiqat
çıqqıldatmaq lazımdır.
Hər bir proqram kimi, Calculator
proqramının da öz pəncərəsi var.
İndi gəlin Calculator proqramında
4 ⋅ 2
ifadəsinin qiymətini hesablayaq.
1 Siçanın göstəricisini 4 rəqəmi olan düymənin üzərinə aparıb onu çıqqıldadın. Bu ədəd kalkulyatorun ekranında görünəcək.
2 * düyməsini çıqqıldadın.
3 2 düyməsini çıqqıldadın.
4 Nəticəyə baxmaq üçün = düyməsini çıqqıldadın. Ekranda 8 ədədini görəcəksiniz.
Ədədləri daxil edərkən hər hansı yanlışlığı asanca düzəltmək olar.