Ədədlərin yazılışında rəqəmlərin yeri mərtəbələri bildirir. Belə ki, üçrəqəmli ədədlərdə sağdan birinci rəqəm təkliklər, ikinci rəqəm onluqlar, üçüncü rəqəm yüzlüklər mərtəbəsində yerləşir. Həmin rəqəmlər uyğun mərtəbədə neçə vahid olduğunu, yəni mərtəbə vahidlərinin sayını göstərir. Yüzlüklər mərtəbəsinin vahidi 100, onluqlar mərtəbəsinin vahidi 10, təkliklər mərtəbəsinin vahidi isə 1-dir.
Yüzlüklər | Onluqlar | Təkliklər |
5 | 4 | 6 |